Xəbər - Zeyni Cəfərov – Trend:
Yaxın illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji iqtisadi prioritetlərindən biri olmaqda davam edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.
Nazirliyin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhslunun (ÜDM) strukturunda 72,9 faiz qeyri-neft sektorunun, 27,1 faiz isə neft sektorunun payına düşəcək.
Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM-in həcmi 82,2 milyard manat məbləğində proqnozlaşdırılır. Bunun 67 faizini qeyri-neft sektoru, 33 faizini neft sektoru təşkil edəcək.
2025-ci ildə isə ölkədə ÜDM həcminin 102,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2021-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 47,3 milyard manata bərabər olub.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)