2025-ci ildə “Qarabağ” yatağında neft hasilatına başlanılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

2025-ci ildə “Qarabağ” yatağından neft hasilatına başlanılacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında qeyd olunub.

“Qarabağ” yatağında 2020-ci ilin mart ayında KPS-4 №-li qiymətləndirici quyuda qazma işləri tamamlanıb. Hazırda nəticələr təhlil edilir. Yataqda dənizin 180 m dərinliyində 12 quyunun qazılması və 20 şaxtalı dərin dəniz özülünün tikintisi nəzərdə tutulur. Hazırda layihənin mühəndisi işləri davam etdirilir.

Platformanın dayaq blokunun tikintisi başa çatdırılıb, daşınma və quraşdırma işlərinə hazırlanıb.

Twitter: @cingizsafarli

Teqlər: