2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək

2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək

2025-ci ildə Günəş fəallığının dövri artması nəticəsində güclü Günəş fırtınalarının baş verə biləcəyi və bu fırtınaların qlobal internet şəbəkələrinə ciddi təsir göstərə biləcəyi barədə proqnozlar verilir.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, xüsusilə, alimlər belə bir hadisənin koronal kütlə atışlarından (CME) qaynaqlana biləcəyini və bunun geomaqnit fırtınalarına səbəb ola biləcəyini bildirirlər.

Stanford Universitetindən Sangeetha Abdu Jyothi-nin araşdırmasına görə, okeanaltı fiber-optik kabellərin təkrarlayıcı cihazları bu cür hadisələrdən zərər görə bilər, bu isə qlobal internet infrastrukturunun çöküşünə səbəb ola bilər. Onun fikrincə, bu cür hadisələr zamanı əsas məlumat yönləndirmə protokolları və DNS sistemləri də zədələnə bilər ki, bu da uzunmüddətli fasilələr yarada bilər. Abdu Jyothi bildirir ki, bu cür geomaqnit fırtınalarının təsir ehtimalı hər on ildə 1,6%-dən 12%-ə qədər dəyişir və belə bir hadisənin nəticələri “internet apokalipsisi” adlandırıla bilər.

Teqlər: