2025-ci il yeni ideyalar ilidir. Növbəti il təkcə xoş hadisələrlə deyil, həm də yeni müharibənin qığılcımları ilə yadda qalacaq.
AzerTimes xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında deyib.
“Bəzi xarici qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışacaqlar, lakin bu baş tutmayacaq.
İlin ortaları, ələlxüsus da aprel-may aylarında Azərbaycan-Ermənistan münasibətləri müəyyən qədər gərginləşə bilər. Amma bu, böyük savaşlarla nəticələnməməlidir”.
Z.Rzayev sülh müqaviləsi haqda da fikir bildirib:
“Bu il sülh müqaviləsinin imzalanması ehtimalı azdır. Ancaq buna baxmayaraq, yeni danışıqlar və təkliflər olacaq. 2026-ci ildə sülh müqaviləsinin imzalanması real görünür”.
Ekstrasens Azərbaycanda təbii fəlakətlərin baş verə biləcəyini açıqlayıb:
“Təbiət hadisələrinə gəldikdə isə 2025-ci il Azərbaycan üçün su daşqınları və qasırğalarla yadda qalacaq. Bu il Xəzər dənizi özünü qeyri-adi aparacaq. Eyni zamanda palçıq vulkanlarının aktivləşməsi də müşahidə oluna bilər. Dağlıq bölgələrdə və cənubda təbii fəlakətlərin aktivləşməsi ehtimalı var”.