2023-də təhsil xərcləri 4,4 milyard olacaq

2023-də təhsil xərcləri 4,4 milyard olacaq

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Teqlər: