ABŞ Prezidenti Co Bayden 2023-cü ildə Ukraynaya silah tədarükünə diqqət yetirəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” nəşri yazıb.
Nəşr qeyd edir ki, Vaşinqton əsas diqqətini Kiyevə sabit silah təchizatının təmin edilməsinə yönəldəcək və bu, Ukrayna tərəfinə mübarizəni davam etdirməyə kömək edəcək.