Böyük Britaniyanın “Ekonomist” jurnalı Ukraynanı 2022-ci ilin ölkəsi elan edib.
AzerTimes xəbər verir ki, bu barədə jurnalın saytında dərc olunmuş məqalədə deyilir.
2013-cü ildən indiyədək ilk dəfə seçim redaksiyada mübahisələrə səbəb olmayıb.
Qeyd edək ki, ötən il “Ekonomist” İtaliyanı siyasi nailiyyətlərə görə ilin ölkəsi elan edib. Əvvəlki illərdə isə bu titul Özbəkistan, Kolumbiya, Tunis kimi ölkələrə verilib.
Dekabrın əvvəlində Britaniyanın “Faynənşl Tayms” qəzeti Ukrayna Prezidenti Vladimir Zelenskini ilin adamı elan etmişdi.