2022-ci ilin ikinci yarısından Azərbaycanda inflyasiya azalmağa doğru gedəcək – Mərkəzi Bank

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ilin ikinci yarısından Azərbaycanda inflyasiya azalmağa
doğru gedəcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın
İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankda ölkəmizdə
inflyasiyanın azaldılması üzrə mərhələli işlər aparılır və qurum
hazırda beynəlxalq təşkilatların inflyasiya proqnozunu azaldacağına
ümid edir.


Xatırladaq ki, 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda
inflyasiya 6,75 faiz təşkil edib, 2022-ci ildə bu göstəricinin
6,6-7,5 faiz ətrafında olması proqnozlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: