Gələn ilin dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda öz əksini tapıb.
Proqnoza əsasən, 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.