Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin dövlət büdcəsi əvvəlki illərin büdcəsindən daha sosialyönümlüdür.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
M.Quliyev bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin 46.4 faizi – demək olar ki, yarıya qədəri sosial xərclərə yönəlib.
“Bu, bir daha Azərbaycanda vətəndaşlarımızın sosial rifah halının öndə tutulduğunun bariz nümunəsidir” – deyə, M.Quliyev qeyd edib.