2022-ci ilədək Azərbaycanda əsas kapitala investisiyalar 15 faizdən çox artacaq

Xəbər - Xaqan İsayev – Trend:

2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyalar 18,475 milyard manatdan çox olacaq.

Trend bu barədə gələn il üçün Azərbaycan dövlət büdcəsinin layihəsinə istinadən məlumat verir.

Layihədə qeyd olunur ki, 2023-cü ildə əsas kapitala investisiyalar 19,351 milyard, 2024-cü ildə 20,325 milyard, 2025-ci ildə isə 21,389 manat təşkil edəcək.

Müvafiq olaraq, 2025-ci ildə əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 15,77 faiz artacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.

(Müəllif: Xaqan İsayev)

Teqlər: