Xəbər - Sədrəddin Ağcayev – Trend:
2022-ci ilədək Azərbaycanda 10 su anbarının tikintisi, 20-dən çoxunu təmiri planlaşdırılır.
Trend-in məlumatına görə, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Rafiq Aslanov çərşənbə axşamı “Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı” adlı Azərbaycan-Almaniya forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda ümumi sahəsi 200 min hektar olan 43 aqropark mövcuddur:
“Aqroparkların 60 min hektardan çox ərazisi yeni suvarılan ərazilərdir”.
(Tərcümə: Orxan Nəbiyev)