2022-ci ildə nəzərdə tutulan səhiyyə xərcləri Azərbaycanın müstəqillik tarixində ən böyük səhiyyə xərcidir – Əhliman Əmiraslanov

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ildə nəzərdə tutulan səhiyyə xərcləri Azərbaycanın müstəqillik tarixində ən böyük səhiyyə xərcidir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Ə.Əmiraslanov qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 7.1 faiz artırılaraq 1.789 milyard manata çatdırılıb.

“Səhiyyə xərclərinin xüsusi çəkisi 6 faizə çatıb. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfə artıb. İcbari tibbi sığortanın, səhiyyə proqramlarının həyata keçirilməsində, pandemiya ilə mübarizədə ayrılan maliyyələrdə artımlar var, ancaq tibbi tədqiqatlar üçün xərclər azdır. Gələcəkdə bu istiqamətdə maliyyə vəsaitinin artırılmasına ehtiyac var” – deyə, Ə.Əmiraslanov bildirib.

Ə.Əmiraslanov icbari tibbi sığortanın həyata keçirilməsindən də bəhs edib.

“Çox təəssüf ki, tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə bir vaxta düşdü. Problemlər ortaya çıxsa da icbari tibbi sığorta uğurla həyata keçirilir. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin sayı bu gün 2500 çivarındadır. Bu xidmətlərin az olması insanlarda narahatlıq yaradar. Bu rəqəmi artırsaq, insanlara daha yaxşı tibbi xidmət göstərə bilərik.

Daha bir məsələ isə qiyməti baha olan əməliyyatlarla bağlıdır. Belə halda xəstələr uzun növbələrə dayanmalı olurlar. Misal üçün, böyrək transplantasiyası ilə bağlı insanlar uzun müddət gözləyir. Düzdür, bu məsələ maliyyə vəsaiti tələb edir, ancaq biz bu məsələni də aradan qaldırmalıyıq” -deyə, komitə sədri qeyd edib.

Teqlər: