Xəbər - Sədrəddin Ağcayev – Trend:
2022-ci ildə “Brent” markalı neftin orta qiyməti 67 dollar/barel təşkil edəcək. Bu göstərici bu ilin iyun ayı ilə müqayisədə 8,22 faiz azdır.
AzerTimes bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) “Short-Therm Energy Outlook” iyul hesabatına istinadən məlumat verir.
EIA hesab edir ki, yaxın aylarda, xüsusilə OPEC+ üzv ölkələrində neft hasilatı bu məhsula olan tələbatı üstələyəcək.
Qeyd olunur ki, iyun ayında dünya bazarlarında “Brent” markalı neftin orta qiyməti 73 dollar/barel olub. Bu, may ilə müqayisədə 5 dollar çox, ötən ilin iyunu ilə müqayisədə isə 33 dollar az olub.
(Tərcümə: Orxan Nəbiyev)