2022-ci ildə gübrə olmasa, 2023-cü ildə kifayət qədər qida olmaya bilər.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, Ukrayna və Rusiyadan daha çox ərzaq və gübrələrin çıxarılması əmtəə bazarlarını daha da sakitləşdirmək və istehlakçılar üçün qiymətləri aşağı salmaq üçün çox vacibdir:
“Biz daha uzun bir prosesin başlanğıcındayıq, lakin siz artıq bu kritik sazişin dünya üçün potensialını nümayiş etdirdiniz. Birləşmiş Millətlər Təşkilatının tam öhdəliyinə arxalana bilərsiniz”.