Ötən il əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilə nisbətən 5,5% artaraq 18 mlrd. 272,3 mln.-a çatıb.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Feysbuk hesabında məlumat yayıb.
“Qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə əvvəlki illə müqayisədə 13,6% artıb və 12 mlrd. 871,9 mln.a çatıb”, – nazir qeyd edib.