Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycan dövlət büdcəsinin elm sahəsinə xərcləri 202,79 milyon manat səviyyəsində gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.
Gələn il bu sahəyə büdcə xərclərinin 2021-ci illə müqayisədə 10,6 faiz artırılması nəzərdə tutulur. 2021-ci ildə elm sahəsi üçün dövlət büdcəsindən 183,3 milyon manat ayrılıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)