Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə “Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə ehtiyacları layihələrdən əldə olunan gəlirlər hesabına qarşılanacaq.
Trend bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatlarına əsasən, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilmə mənbəyi 6,5 milyard dollar məbləğində kredit və dövlət investisiyalarından ibarətdir.
“Fitch” bildirir ki, 2021-ci ildə Cənub Qaz Dəhlizi 2021-ci ildə yeni borc götürməyib, eyni zamanda, ilin sonunda onun borc yükünün 70 faizi Dövlət Neft Fondunun xeyrinə buraxılan istiqrazlar, avroistiqrazlar, 30 faizini beynəlxalq maliyyə təşkilatlarından borclar təşkil edirdi.
“Cənub Qaz Dəhlizinə daxil olan bütün layihələr istismara verildiyi üçün 2022-ci ildə onun pul vəsaitlərinə bütün ehtiyacları “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər, eləcə də toplanmış pul vəsaitləri hesabına qarşılanacaq”, – agentliyin məlumatında deyilir.
(Tərcümə: Orxan Nəbiyev)