Xəbər - Orxan Nəbiyev – Trend:
2022-ci ildə dünyada neftə tələbat 4,2 milyon barel/sutkayadək artacaq.
Trend-in məlumatına görə, bu barədə OPEC+un texniki komitəsinin bugünkü iclası ərəfəsində hazırlanmış hesabatında deyilir.
Bu, əvvəlki proqnozdan 0,9 milyon barel/sutka daha çoxdur.
Hesabata əsasən, 2022-ci ildə qlobal tələbat 100,8 milyon barel/sutka təşkil edə bilər. 2021-ci il üzrə bu göstərici 96,7 milyon barel/sutkaya bərabər idi.
Eyni zamanda, qlobal neft bazarında təklifin də artacağı proqnozlaşdırılır. Bu il təklif 1,1 milyon barel/sutka kəsirdədirsə, 2022-ci ildə 1,4 milyon barel/sutka profisiti gözlənilir.
Həmçinin, neft ehtiyatlarının 2022-ci ildə 496 milyon barrelədək artması proqnozlaşdırılır.