Xəbər - Orxan Nəbiyev – Trend:
“Volkswagen ID.4” hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub.
AzerTimes-ın məlumatına görə, həmin avtomobil “World Car Awards” mükafatına layiq görülüb.
“Toyota Yaris” ikinci, “Honda E” elektromobili üçüncü yerdə qərarlaşıb.
Eyni zamanda “Honda E” “Ən yaxşı şəhər avtomobili”, “Porsche 911 Turbo” “Ən məhsuldar avtomobil”, “Mercedes-Benz S-Class” “Ən dəbdəbəli avtomobil” kateqoriyalarında qalib gəlib. “Land Rover Defender” ən yaxşı dizaynlı avtomobil hesab olunub.
Qeyd edək ki, 2020-ci ildə ən yaxşı avtomobil adını “Kia Telluride” qazanmışdı.