2021-ci ilin birinci rübündə Ceyhan terminalından yola salınan neftin həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,621 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bu günədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 729 tanker yola salınıb.


2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 70 AÇG nefti daşıyan tanker və ya 50,9 milyon barel neft yola salınıb.

Teqlər: