Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə daha yüksək neft qiymətləri və 2021-ci ilin yanvarında tənzimlənən yanacaq qiymətlərinin artması fonunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) faizlər, vergilər çıxıldıqdan sonra mənfəətinin (EBITDA) bərpa olunması gözlənilir.
AzerTimes-ın məlumatına görə, bu barədə “Fitch Ratings” agentliyinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda neft-qaz layihələrinin böyük hissəsi məhsul bölgüsü barədə razılaşmalara uyğun reallaşdırılır və bu layihələrdə SOCAR minoritar paylara sahibdir:
“Şirkət, həmçinin mənfəət neftinin marketinqində iştirak edir. Bundan başqa, SOCAR “Cənub Qaz Dəhlizi” kimi digər iri enerji layihələrində də paya malikdir”.
Agentlik bidirir ki, SOCAR-ın ödədiyi vergilər 2019-cu ildə dövlət gəlirlərinin təxminən 10 faizini təşkil edib:
“Azərbaycanda SOCAR-ın 50 mindən çox əməkdaşı var. Dövlət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, pul köçürmələri və digər tədbirlər vasitəsilə SOCAR-ın mənfəətliliyi və balansı üzərində mühüm nəzarəti həyata keçirir”.
(Tərcümə: Orxan Nəbiyev)