2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb.

Bu barədə AzerTimes-a ABŞ-ın antivirus proqram istehsalçısı “McAfee” şirkətindən bildiriblər.

Qeyd olunub ki, hesabat dövründə müxtəlif sahələr üzrə hədəf hücumları isə 28 faiz artıb. Birinci rüb ərzində tədris sahəsində hədəf hücumları 46 faiz, maliyyə və sığorta sahələridə isə 41 faiz artıb.


Şirkətdən bildiriblər ki, hesabat dövründə blokçeyndə əməliyyatların keçirildiyi “Coin Miner” kateqoriyasında hücumlarda 117 faizlik artım qeydə alınıb.

(Tərcümə: Orxan Nəbiyev)