2021-ci ildə büdcəyə vergi daxilolmaları 12,51 milyard manat
təşkil edib ki, bu da ümumi daxilolmaların 74,2 faizini təşkil
edir.
Trend -in verdiyi məlumata görə, bunu “İnklüziv və davamlı
inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü
əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ölkədə inflyasiyanın azaldılması
istiqamətində işlər aparılır və ölkə hökuməti artıq müvafiq proqram
hazırlayıb.
“2022-ci il və sonrakı illər üçün dövlət qurumlarının
fəaliyyətinin genişləndirilməsi və rəqəmsal müstəviyə keçirilməsi,
işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi
nəzərdə tutulur. Bura həmçinin sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması, rəqəmsal transformasiyada əhalinin
dəstəklənməsi də daxildir”, – deyə nazir əlavə edib.