2021-ci ildə AzMİU-da elmi məqalələrin sayında müsbət dinamika müşahidə olunur

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşlarının 2021-ci ildə ötən illərə nisbətən dərc olunmuş elmi əsərlərinin ümumi sayında 20, xarici beynəlxalq bazalara daxil olan jurnallarda isə 30% artım qeydə alınıb. Burada xüsusi olaraq Scopus və Web of Science bazalarına daxil olan jurnallarda AzMİU-nun professor-müəllim heyəti tərəfindən dərc olunmuş məqalələrin dinamikasını daha detallı olaraq vurğulamaq lazımdır. Belə ki, Scopus və Web of Science bazasına daxil olan jurnallarda dərc olunan məqalələrin sayı aşağıdakı cədvəldə təqdim olunub:

Beynəlxalq bazanın adı

İllər üzrə beynəlxalq bazalarda çıxan məqalələrin sayı

2019 cu il

2020 ci il

2021 ci il

Web of Science

16

16


21

Scopus

20

24

31

Müəllimlərimiz tərəfindən dərc olunmuş məqalələrə verilən istinadlarda da müsbət dinamikanı müşahidə etmək olar. Bu da alimlərimizin elmi nəticələrinə beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyər verildiyinin bariz göstəricisidir.

Onu da qeyd edək ki, 2021-ci ildə elmmetrik göstəricilərin artan xətlə inkişafı Universitetdə çalışan professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə rəhbərlik tərəfindən aparılan həvəsləndirici və maarifləndirici tədbirlərin nəticəsidir.

Teqlər: