2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 163,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, məhsulun 4 milyard 652,4 milyon manatı heyvandarlıq, 4 milyard 511,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.


2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,0 faiz artıb.

Teqlər: