Xəbər - Samir Əli – Trend:
Ötən il pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri
barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında
protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb
edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə
prokurorluğa göndərilib.
AzerTimes xəbər verir
ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında
bildirilib.
Qeyd edilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati
nəzarət həyata keçirilib. 3 mindən çox akt nazirliyin təklifləri
əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9
100 hektar torpaq sahəsi geri qaytarılıb.