Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa İttifaqında 2020-ci ilin aprelindən 2021-ci ilin oktyabrınadək təbii qaz qiymətləri 13 dəfə artıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının hesabat-proqnozunda deyilir.
Qeyd olunur ki, 2020-ci ilin aprelində qaz qiymətləri bir meqavatt/saat üçün 7 avro idisə, bu ilin oktyabrında həmin göstərici 90 avroya çatıb.
Eyni zamanda, regionda elektrik enerjisi qiymətləri 7,5 dəfə, bir meqavatt/saat üçün 20 avrodan 150 avroyadək yüksəlib.
Hesabatda qeyd olunur ki, Avropa Komissiyası təbii qazın 2022-ci ilin yazınadək 50 avroyadək ucuzlaşmasını proqnozlaşdırır.