Türkiyənin tanınmış “Zəhra Ana Fondunun” Dünya Müsəlman Qadınları Günü münasibətilə keçirdiyi tədbir zamanı çıxış edən Fondun sədri Məftunə Atam 2020-ci ilin ən xöşbəxt hadisəsinin 44 günlük müharibə zamanı Azərbaycanın öz işğal olunmuş torpaqlarını azad etməsi olduğunu qeyd edib.
AzerTimes-ın məlumatına görə, bu qələbənin Azərbaycan Prezidentinin öndərliyi, Azərbaycan ordusunun qəhrəmanlığı və xalqının qürurlu mövqeyi ilə reallaşdığını qeyd edən çıxışçı bu qələbə üçün Ali Baş Komandan İlham Əliyevə, şəhid və qazi ailələrinə göstərdiyi dəstəyə görə isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya tədbir iştirakçıları və Türkiyənin vətənpərvər insanları adından təşəkkür etdiklərini bildirib.
“Bu 44 dastansayağı gündə dilimizin əzbəri olan ö sözü bir daha təkrar etmək istəyirəm – Qarabağ Azərbaycandır” deyə çıxışını Fondun sədri çıxışında qeyd edib.
Qeyd edək ki, Türkiyədə böyük xeyriyyə və maarifləndirmə fəaliyyətləri keçirən qurumlardan olan Zəhra Ana Fondu, eyni zamanda Türkiyədə yaşayan azərbaycanlılara yönəlik bir çox aksiyaların, o cümlədən, İstanbulda azərbaycanlı uşaqlar üçün “Azərbaycan məktəbi” yaradılmasının müəllifidir. Həmin məktəb Azərbaycan orta məktəb proqramı əsasında fəaliyyət göstərir və Türkiyədə yaşayan azərbaycanlı uşaqların təhsildən uzaq düşməmələri üçün yaradılıb.