Koronavirus infeksiyası pandemiyasının bir çox sahələrə mənfi təsir etməsinə baxmayaraq oyun sənayesi, əksinə, populyarlaşıb. “SuperData Research”in hesabatına əsasən, 2020-ci ildə mobil oyunların nə qədər gəlir qazandırdığı məlum olub.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, ildə rəqəmli satışların həcmi 12% artaraq 126,6 milyard dollara yaxınlaşıb. Həm də bu məbləğin 73,8 milyard dolları mobil oyunların payına düşüb. Həmçinin mobil seqmentdə 10% artım qeydə alınıb.
www.yenicag.az