2020-ci il koronavirus səbəbindən ABŞ tarixində ən ölümcül dövr olub

Ötən il ABŞ tarixində ən çox ölüm hallarının qeydə alındığı dövr olub.

AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.

Bildirilir ki, ABŞ-da 2020-ci ildə yeni növ koronavirus qurbanlarının sayı təxminən 400 000 nəfər olub ki, bu da ölümlərin ümumi sayında ölkə üzrə 15 faiz artım təşkil edib. “COVİD-19” virusunun törətdiyi fəsadlar ötən il ABŞ-da ölüm saylarının tezliyinə görə ürək-damar və xərçəng xəstəliklərindən sonra üçüncü səbəb olub.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universitetinin verdiyi məlumatda ABŞ-da pandemiya zamanı 29 milyon nəfərdən çoxunun koronavirusa yoluxduğu, 529 mindən çoxunun isə dünyalarını dəyişdikləri bildirilir.

Teqlər: