Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin sertifikatlaşdırma mərkəzi yaradılıb.
Elektron imza çiplərinin yeni şəxsiyyət vəsiqələrinə inteqrasiyası ilə məşğul olan mərkəz ilin sonunadək test rejimində işləyəcək.
Plana əsasən, mərkəz 2017-ci ilin dekabrında istifadəyə veriləcək və 2018-ci ilin yanvarından vətəndaşlara yeni şəxsiyyət vəsiqələrin verilməsi başlanacaq.