Xəbər - Sədrəddin Ağcayev – Trend:
2015-ci ildə manatın məzənnəsinin dəstəklənməsi üçün 10 milyard dollar xərclənmişdi, bu, Azərbaycan üçün tarixi faktdır.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.
“2015-ci ildə manatın ikinci devalvasiyasınadək məzənnənin dəstəklənməsi üçün 10 milyard dollar vəsait xərclənib, amma milli valyuta yenidən ucuzlaşıb. 2014-cü ilin iyununda başlamış qlobal iqtisadi böhran, neft qiymətlərinin kəskin azalması ölkənin tədiyə balansına ciddi problemlər yaratdı. O dövrdə Azərbaycanda ciddi tikinti işləri gedirdi. Neft gəlirləri hesabına dövlət büdcəsinə çoxlu transfertlər olurdu. Ona görə də neft qiymətlərinin kəskin azalması valyuta ehtiyatlarının itirilməsi təhdidini yaratdı”, – deyə o bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)