2007-ci ildən bəri Azərbaycanda 1038 neft quyusu qazılıb

2007-ci ildən “Kompleks Qazma İşləri” Tresti ümumilikdə 1,7
milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə
təhvil verib.

Bu barədə AzerTimes-a SOCAR-dan
məlumat verilib.

Qeyd edilir ki, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük
təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu
xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma
İşləri” Tresti 15 ildir ki, fəaliyyət göstərir.


“2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb
yataqlarından olan “Bulla dəniz”, “Ümid”, “Günəşli”, “Neft
Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə
1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun
sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar
komandasının uğurudur”,- məlumatda deyilir.

Teqlər: