2002-ci ildə Rusiyada Maskı kim təhqir edib?

2002-ci ildə Rusiyada Maskı kim təhqir edib?

2002-ci ildə Moskvada bir rus təşkilatının nümayəndəsi istismardan çıxarılan sovet raket daşıyıcılarını almaq istəyən iş adamı İlon Maskı təhqir edib.

AzerTimes xəbər verir ki, bu barədə amerikalı yazıçı Uolter Ayzekson “İlon Mask” kitabında yazıb.

“Həmin vaxt Marsa uçmaq haqqında düşünən Mask bunun üçün Rusiya kosmos texnikasından istifadə etmək istəyirdi. Moskvada onu əvvəllər planetlərarası stansiyaların və hərbi peyklərin hazırlanmasında iştirak etmiş amerikalı mühəndis Cim Kantrell müşayiət edirdi”, – müəllif bildirib.

Kitabda qeyd olunub ki, Mask Rusiya nümayəndə heyətilə danışıqlara gəlib və orada başqa planetlərin koloniyalaşdırılmasını müzakirə edib.

Biznesmenin sözləri orada Rusiya kosmik təşkilatının nümayəndəsinin qəzəbinə səbəb olub.

“Bu raketlər ona görə hazırlanmayıb ki, bəzi kapitalistlər öz axmaq missiyaları ilə Marsa uçsunlar”, – həmin şəxs Maskı aşağılayıb.

Teqlər: