2000 şəhid ailəsi üzvü, qazi məşğulluq proqramlarına cəlb edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimiz aktiv məşğulluq proqramları çərçivəsində sosial dəstəklə təmin olunur.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kateqoriyalardan olan 2000 şəxs məşğulluq proqramlarına cəlb edilib:

“Onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub”.

Teqlər: