Xəbər - Humay Ağacanova – Trend:
Son bir-iki il ərzində 2000-dən artıq şəxsin əmək pensiyasının əksik ödənildiyi aşkarlanıb.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev “Sosial saat” verilişində bildirib.
O bildirib ki nəticədə bu şəxslərin əmək pensiyaları təkrar olaraq yenidən hesablanıb orta hesabla pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb
“Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunverciliyin tələblərinə uyğun olaraq ödənilməkdədir”- deyə o bildirib.