200 dinc sakin həlak oldu

200 dinc sakin həlak oldu

ABŞ raketlərinin zərbəsindən Mosulda 200 dinc sakin öldü. Əməliyyatlar faciə ilə nəticələndi.

Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti İraqın Mosul şəhərinə endirilən aviazərbələr nəticəsində 200 nəfər dinc sakinin öldüyünü təsdiqləyib. Ölənlər arasında qadınlar və uşaqlar da var. Londonda 4 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinin fonunda kütləvi qırğın diqqətdən kənarda qalır. Bunu İraqın vitse-prezidenti Üsəma Əl Nəcəfi deyib. O hadisəni “humanitar faciə” adlandırıb.

Qeyd edək ki, hazırda İraq Silahlı Qüvvələri ölkənin yeganə Mosul şəhərində qalan İŞİD silahlılarını təmizləmək üçün ABŞ-ın başçılığı ilə əməliyyatlar aparır.