İki ay ərzində Ukrayna limanlarından 200-dən artıq gəmi hərəkət edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Qeyd edilib ki, bu gəmilərlə daşınan taxıl və ona bənzər qida məhsullarının miqdarı beş milyon tonu keçib. Bundan əlavə bu gün taxıl yüklü daha beş gəmi Ukraynadan yola çıxıb.