Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 oktyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Bu barədə AzerTimes FHN-ə istinadən xəbər verir.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.