20 Yanvar Sovet İttifaqının süqut nöqtəsi idi – Markov

20 Yanvar Sovet İttifaqının süqut nöqtəsi idi – Markov

20 Yanvar 1990-cı il hadisələrinin məsuliyyəti Mixail Qorbaçovun üzərindədir.

AzerTimes xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Azərbaycanın Rusiyadakı çoxsaylı dostları adından Azərbaycan xalqına, həmin faciəli Yanvar günlərində bütün millətlərdən həlak olan insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız başa düşürük ki, bu, Sovet İttifaqının süqut nöqtəsi idi. Bu faciəli hadisələr siyasətçilərin məsuliyyətsizliyinin əvəzində xalqların ödədiyi çox böyük dəyəri göstərdi. Məhz xalq qarşısında məsuliyyət və müdrik qərarların qəbul edilməsi siyasi liderin əsas fərqləndirici cəhətidir. 1990-cı il 20 Yanvar hadisələrinə görə Mixail Qorbaçov və o dövrün digər siyasətçiləri məsuliyyət daşıyırlar”, – Markov vurğulayıb.

Teqlər: