Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:
“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”.