20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür – Yalçın Topçu

Xəbər - Orxan Nəbiyev – Trend:

20 Yanvar faciəsi qəhrəman Azərbaycan xalqının müstəqilliyi və vətən torpaqlarının bütövlüyü üçün ayağa qalxdığı gündür.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, 20 Yanvar hadisələri sovet ordusunun Bakı və digər şəhərlərdə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətdir.

“Allaha şükürlər olsun ki, üçrəngli bayrağın altında var olan Azərbaycan 44 günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dəmir iradəsi və liderliyi ilə bu gün artıq bölgədə və dünyada qibtə olunan bir dövlətə çevrilib”, – deyə Y.Topçu bildirib.

Teqlər: