20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi açılıb.

AzerTimes-ın məlumatına görə, sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilir.

Virtual Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov kimi Azərbaycanın görkəmli rəssamlaırnın 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri sərgilənir.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Teqlər: