Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 20
minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə
əhatə olunub.
Onlardan 11 100-dən çox şəxs münasib işlərlə təmin edilib. 4094
şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq
proqramına cəlb edilib.
Həmçinin, Agentlik tərəfindən birinci rüb ərzində 731 işsiz şəxs
peşə hazırlığına cəlb edilib. Həmin şəxslərə işəgötürənlərlə
əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə hazırlıq kursları
təşkil edilib və məşğulluqlarının təmini üçün işlərə
başlanılıb.
Son üç ayda peşəyönümü məsləhət tədbirlərinə cəlb edilən
şəxslərin sayı isə 4 minə yaxındır.