Xəbər - Elnur Bağışov – Trend:
Bu gün Azərbaycanda həbsdə olan 20 iranlı məhbus Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
İranın Azərbaycandakı səfirliyindən AzerTimes-a verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
S.A.Musəvinin sözlərinə görə, ekstradisiya olunan iranlı məhbusların 9-u qadındır.
S.A.Musəvi əlavə edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib. Ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər: “Azərbaycanda təxminən daha 200 iranlı məhbus var ki, əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.