Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb. O, hazırda reanimasiyadadır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
“Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır”, – məlumatda deyilir.
Qeyd edək ki, hadisə fevralın 14-də günorta saatlarında Tokarey küçəsində baş verib.