20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü
olacaq.
Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının
20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Əhalinin davamlı olaraq
vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət
göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində
qeyri-iş günü olacaq”, – deyə məlumatda qeyd olunub.