2 nəfər magistratura imtahanından xaric olunub, 4 nəfərin nəticəsi araşdırılır

Fevralın 20-dən keçirilən magistraturaya qəbul imtahanının
nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən
Trend
-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün
qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri imtahana
gəlməyib.


1 nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə
cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi
araşdırılır.

Teqlər: