Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda
təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə
10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror C. Zeynallıya 13 il , Ş. İsmiyevaya isə
10 il 6 il həbs cəzası tələb etmişdi.
Rəsmi məlumata görə təqsirləndirilən şəxslər Cinayət
Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan
vurmaqla törədildikdə) maddəsilə təqsirli biliniblər.
İttihamda qeyd olunub ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə
açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində
zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Dəymiş ziyanın
yalnız 293 min manatı geri qaytarılıb.
Ş.İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı
ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna
verdiyini iddia edib.
Ceyhun Zeynallı isə cinayət işi üzrə özünü təqsirli bilməyərək,
Şəfəq İsmiyevanın böhtan atdığını deyib.